AzİMETİ-də inşaat və memarlıq üzrə milli normativ sənədlərin və xüsusi texniki şərtlərin işlənməsi istiqamətində aşağıdakı işlər yerinə yetirilir:
respublikanın milli tikinti normativ bazasının təkmilləşdirilməsi məqsədilə memarlıq, şəhərsalma və tikinti sahəsində texniki-normativ və hüquqi-normativ sənədlərin işlənilməsi;
hündürlüyü 75m-dən yüksək, çox təyinatlı, çoxmərtəbəli binaların layihələndirilməsi, tikintisi və istismarı üçün xüsusi texniki şərtlərin işlənilməsi;
planda mürəkkəb quruluşlu həmçinin, mürəkkəb relyefdə layihələndirilən və tikilən binaların texniki şərtlərinin işlənməsi;
seysmikliyi 9 bal və daha çox olan ərazilərdə bina və qurğuların layihələndirilməsi, tikintisi və istismarı üçün xüsusi texniki şərtlərin işlənilməsi.
Müxtəlif qurumların sifarişləri əsasında çoxmərtəbəli hündür binaların layihələndirilməsi və tikintisi üçün elmi cəhətdən əsaslandırılmış xüsusi texniki şərtlər işlənilib və tətbiq olunub, məsələn:
Dövlət Neft Şirkətinin yüksəkmərtəbəli inzibati binası, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 33 mərtəbəli inzibati binası, Neft Fondunun yeni binası, Nazirlər Kabinetinin əməkdaşları üçün nəzərdə tutulmuş yaşayış kompleksinin binaları, Vergilər Nazirliyinin 36 mərtəbəli yeni inzibati binası, “İnterkontinental” otel binası (memarlıq və konstruksiya), Bakı ş., Xətai r-nu, Babək pr-ti, Y.Əliyev küç., Nobel pr-ti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllədə və Nobel pr-ti ilə Xəzər dənizi arasında CBD MTK-nın yeni yaşayış binaları və s.
Tövsiyələr
AzDAŞK-ın 05 №li qərarı ilə 30.09.2014cü ildə təsdiq olunub “Yerli materiallardan istifadə etməklə seysmik rayonlarda tikintinin aparılması üzrə tövsiyələr”. |
@AzDAŞK K-№0001-2009 “Yaşayış, ictimai və istehsalat binaları üçün mühafizə konstruksiyalarının gipskarton lövhələrindən yığma üzlükləri”. İşçi cizgilər albomu. |
@AzDAŞK K-№0002-2009 “Yaşayış, ictimai və istehsalat binaları üçün metal və ağac karkaslı gipskarton lövhələrdən yığılan arakəsmələr”. İşçi cizgilər albomu. |
@AzDAŞK K-№0003-2009 “Yaşayış, ictimai və istehsalat binaları üçün ağac və metal karkaslı gipskarton və gipslifli lövhələrdən yığılan asma tavanlar". İşçi cizgilər albomu. |
@AzDAŞK R/Q№0001- 2009 “Gipskarton lövhələrdən istifadə olunmaqla inşaat konstruksiyaları. Layihələndirmə və quraşdırma qaydaları”. |
KERAMOQRANİT TAVANLARDAN ASMA FASAD
SİSTEMLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TƏTBİQİNƏ DAİR TÖVSİYƏLƏR - 05.04.2023 |
ƏBİİ DAŞLARDAN ÜZLÜK QATA MALİK
YÜKDAŞIMAYAN XARİCİ DİVARLARIN LAYİHƏLƏNDİRMƏSİNƏ VƏ TƏTBİQİNƏ DAİR TÖVSİYƏLƏR
- 05.04.2023 |
DAMÜSTÜ GÜNƏŞ ENERJİSİ SİSTEMLƏRİNİN
QURAŞDIRILMASI ÜZRƏ TƏLƏBLƏR - 06.12.2023 |
Bu sənədlər ilə bağlı sualları olanlar AziMETİ-yə müraciət edə bilərlər