Doktorantura

Azərbaycan İnşaat və Memarlıq ETİ yarandığı ildən elmi kadrların hazırlanmasına böyük önəm verib. Belə ki, 1985-ci ildən başlayaraq institutun əməkdaşları keçmiş SSRİ-nin və eləcə də, Azərbaycanın aparıcı elm ocaqları nəzdindəki aspiranturalarda təhsil alaraq fəlsəfə və elmlər doktoru elmi dərəcələrinə layiq görülüblər. Eyni zamanda müstəqil dissertant kimi də dissertasiya işləri yerinə yetirərək elmi dərəcələr almışlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.07.2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən AzİMETİ-nin nəzdində də doktoranturanın yaradılmasına icazə verildi. 2011-ci ildən isə doktoranturaya elmi kadrların hazırlığı üzrə qəbul başlanıldı. Bu işə nəzərət “Elmi-texniki informasiya və doktorantura” şöbəsinə həvalə edilib.Bu illər ərzində 18 nəfər doktoranturaya qəbul olunub. Onlardan 3 iddiaçı müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının diplomuna layiq görülüblər:

1. Camalov C.Ə. texniki elmlər doktoru

2. Eyyubov İ.C. texnika üzrə fəlsəfə doktoru

3. Əsədov E.Z. texnika üzrə fəlsəfə doktoru

    Hal-hazırda isə doktoranturanın nəzdindəki dissertantların sayı 5 nəfərdən ibarətdir.

    2021-2022-ci illər üzrə qəbul olunmuş:

      1.Yusifov Yusif Nizami oğlu

      2.Qarayeva Nigar Vidadi qızı.