“Heydər Əliyev və Azərbaycanda tikinti rompleksinin inkişafı” kitabı haqqında müəllif cənab Eldar Nuriyev məruzə etdi

News Image

“Heydər Əliyev və Azərbaycanda tikinti rompleksinin inkişafı” kitabı haqqında müəllif cənab Eldar Nuriyev məruzə etdi.

Müəllif kitabda H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan tikinti kompleksinin inkişafı üçün gördüyü işləri ardıcıllıqla açıglamışdır, yəni, 1969-1982 -ci illər və 1993-cü ildən sonrakı dövr ərzində tikinti kompleksinin maddi-texniki bazasını təhlil etmiş, həyata keçirilmiş tədbirlər nəticəsində tikinti kompleksinin sürətli inkişafını əks etdirən göstəriciləri vermişdir. Eyni zamanda bu illər ərzində Ulu Öndərin təklif və göstərişləri əsasında aparılan tikinti-quraşdırma işlərində öz imzasını qoymuş inşaatçi mühəndislərin və görkəmli memarların H.Əliyev haqqında xatirələri də kitabda geniş şərh olunmuşdur.