2021 ildə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurası-nın 28.09.2021(protokol №5) tarixli qərarı ilə “DƏMİR-BETON ELEMENTLƏRİN HESABLANMASININ YENİ NƏZƏRİ ƏSASLARI” kitab nəşr olunub.
Kitabın məllifləri : t.e.d.,prof.,”Tikinti konstruksiya və kommunikasiyaları üzrə normalar” şöbəsinin müdiri Seyfullaeyev Xanlar Qurban oğlu və Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun tex.üzrə f.d. direktoru Qarayev Abdı Nazim oğlu.
Kitab mühəndis- konstruktorlar, layihəçilər, tələbələr və elmi işçilərin istifadəsi üçun nəzərdə tutulmuşdur.
Kitab dəmir-beton nəzəriyyəsini nəzəri şərh edən və dəmir-beton konstruksiyala-
rın hesablanması metodların yaradılması yollarını əks etdirən azərbaycan dilində ilk texniki ədəbiyyatdir.
Kitabda statika məsələlərinin həlli üçün təklif olunan metodika əsasında dəmir-beton elementlərin ikinci qrup həddi- hallara hesablama metodikası da Fransanın BAEL-85-nə müvafiq yenidən işlənmişdir.
Betonun uzunmüddətli möhkəmliyinin və sürüklənməsinin dinamika məsələ-lərinə tətbiqi də öyrənilmişdir.Əyilən elementlərin sərbəst rəqslərinə betonun əsas xaraktiristikalarınin təsiri öyrənmişdir