Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər İnkişafı Proqramı münaqişədən sonrakı yenidənqurma və reabilitasiyanın hərəkətvericiləri kimi” mövzusunda Azərbaycan Milli Şəhər Forumu. Ağdam-Bakı. 5-6.10.2022
Təşkilatçılar:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK);
Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-HABITAT) ilə tərəfdaşlıq;
ADA Universiteti.
Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”- postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Forumu Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma təşkilatının icraçı direktoru Maimouna Mohd Şərif açdılar. İştirakçılar Azərbaycanda ortaya çıxan əsas şəhər problemlərini müzakirə etmiş və müvafiq sahədə beynəlxalq təcrübəni nümayiş etdirmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı tədbirdə çıxış edib. Ağdamda keçirilən birinci Azərbaycan Milli Şəhər Forumunun yekunlarına dair bəyannamə qəbul edildi.
İştirakçılar: 500-ə yaxın beynəlxalq, milli və yerli iştirakçılar iştirak edirdi. Forumda AzİMETİ-nin çoxlu sayda aparıcı alim və mühəndisləri, o cümlədən, institutun direktoru A.N.Qarayev, elmi işlər üzrə müavin N.R.Yusifov, laboratoriya müdiri R.A.Rzayev və b.