20 fevral 2019-cu il tarixdə Özbəkistan Respublikasının Tikinti Nazirliyinin nazir müavini cənab E.İsgəndərovun başçılıq etdiyi nümayəndə heyəti ilə İnstitutda görüş keçirilirmişdir. Nümayəndəliyin tərkibində Özbəkistanın aparıcı elmi-tədqiqat institutların rəhbərliyi, o cümlədən – AO “TochuyjoyLITI”-nın baş direktoru cənab K.K.Xakimov və “Uzşaxarsozlik LITI”-nin baş direktoru Q.Q.Madjidov iştirak etmişdirlər. Görüşdə elmi-tədqiqat işlərinin aparılması, tikinti sahəsində normaların işlənilməsi və təkmilləşdirilməsi, yüksək çoxmərtəbəli binaların layihələndirilməsi və tikilməsi üçün xüsusi texniki şərtlərin hazırlanması metodları və digər institut fəaliyyətinə aid olan işlər haqqında müzakirələr getmişdir. Gələcəkdə institutlararası əlaqələrin yaradılması və möhkəmləndirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.