1984-cü ildə yaranmış Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu yaranmasının 30 illik yubileyi

News Image

1984-cü ildə yaranmış Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu yaranmasının 30 illik yubileyinə həsr olunmuş “İnşaat və memarlıqda elmi-texniki tərəqqi” mövzusunda 16-17 oktyabr 2014-cü il tarixlərdə beynəlxalq elmi-texniki konfrans keçirmişdir.

Konfransda aşağıdakı elmi istiqamətlərdə müzakirələr keçirilmişdir:

1. Memarlıq və şəhərsalma.

2. Zəlzələyədavamlı tikintilər.

3. İnşaat konstruksiyaları, bina və qurğular.

4. Geotexnika və inşaatın ekologiyası.

5. İnşaat materialları.

6. İnşaatın təşkili və idarə olunması.


“İnşaat və memarlıqda elmi-texniki tərəqqi” beynəlxalq konfransın təşkilat komissiyasının ünvanına Rusiya, Yaponiya, Ukrayna, Türkiyə, İran, Qazaxstan, Özbəkistan, Gürcüstan kimi dövlətlərin və Azərbaycanın ayrı-ayrı elmi müəssisələrinin alimlərindən daxil olmuş elmi məqalələrin 56-sı konfrans materialları toplusu kimi dərc olunub.

Konfransın işində 150-dan çox alim və peşəkar mütəxəssislər, o cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstandan gəlmiş alimlər iştirak etmişdir.

İnstitutun direktoru cənab A.N.Qarayev çıxışında 30 il ərzində institut qarşısında duran məsələləri müvəffəqiyyətlə həll etdiyini, respublikanın inşaat kompleksinin aparıcı elm ocaqlarından birinə çevrildiyini və hal-hazırda güclü elmi potensiala malik olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırdı. Konfransda çıxış edən respublikanın müxtəlif təşkilatlarının nümayəndələri 30 il ərzində instituta həvalə etdikləri işlərin yüksək səviyyədə, peşəkarlıqla yerinə yetirildiyini bildirdilər və əminliklə qeyd etdilər ki, iş proseslərində yaranan problemlərin AzİMETİ-nin elmi-texniki potensialı tərəfindən həll olunacağına əmindirlər.

Konfransda çıxış edən həm xarici, həm də azərbaycan alimləri memarlıq və inşaat elminin ən aktual problemlərini- Azərbaycanın memarlıq abidələri, zəlzələyədavamlı tikintilər, əsaslar, özüllər və geotexnika, normativ sənədlər və s. geniş müzakirə etmişlər.

Konfransda çıxış edən xarici qonaqlar: Kiyev (Ukrayna) İnşaat Konstruksiyaları ETİ-nin direktoru cənab Q.Q.Farenyuk, Qazaxstan Respublikasının Almatı Seysmik Tədqiqatlar Mərkəzinin direktoru F.M.Şokbarov, Gürcüstan Respublikası LTD “PROQRESİ”nin direktoru C.İ.Gigineişvili, Türkiyənin (İstanbul ş.) Yıldız Texniki Universitetindən Burak Toydemir, RF Arxangelsk Memarlıq və İnşaat Universitetindən V.A.Veşnyakov və b. Azərbaycanın bu günkü uğurlarında AzİMETİ-nin də payı olduğunu, ölkədəki iqtisadi inkişafın institutun fəaliyyətinə müsbət təsirini vurğuladılar və institut kollektivinə uğurlar arzuladılar.