AZ
RU
EN

XƏBƏRLƏR

Şəhərsalma  və  tikintiyə  dair  texniki- normativ  hüquqi  aktlar  təsdiq  edilərək  qüvvəyə  minmişdir.

Şəhərsalma və tikintiyə dair texniki- normativ hüquqi aktlar təsdiq edilərək qüvvəyə minmişdir.

 Azərbaycan  Respublikası  Şəhərsalma  və  Tikinti  Məcəlləsinin  5.1.9-cu  maddəsinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Prezidentinin  2007-ci  il  09  noyabr  tarixli  647  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsi  haqqında  Əsasnamə”nin  17-ci  bəndini  rəhbər  tutaraq  Azərbaycan  Respublikası  Dövlət  Şəhərsalma  və  Arxitektura  Komitəsinin  Kollegiyası  qərara  alır:

 

1. Aşağıda qeyd  olunan  texniki  normativ  hüquqi  aktlar  təsdiq  edilsin:

- “Polad konstruksiyaları. Layihələndirmə  normaları”  (əlavə  olunur);

- “Ağac konstruksiyaları. Layihələndirmə normaları”  (əlavə  olunur);

- “Yüklər və  təsirlər” (əlavə  olunur);

- “Beton və  dəmir-beton konstruksiyaları. Layihələndirmə  normaları”  (əlavə olunur);

- “Dam örtyükləri. Layihələndirmə  normaları”  (əlavə  olunur);

- “Svay bünövrələri. Layihələndirmə  normaları”  (əlavə  olunur);

- “Bina və  qurğuların  qrunt  əsasları” (əlavə  olunur);

 

2. Bu qərarın  1-ci  bəndi  ilə  təsdiq  edilən  texniki  normativ  hüquqi  aktlar  qüvvəyə  mindiyi  tarixdən  aşağıda  qeyd  olunan  texniki  normativ  sənədlərin  Azərbaycan  Respublikası  ərazisində  hüquqi  qüvvəsi  dayandırılsın:

- SSRİ Dövlət  Tikinti  Komitəsinin  1981-ci  il  14  avqust  tarixli  144 №-li  qərarı  ilə  təsdiq  edilmiş  CНиП II-23-81* «Стальные  конструкции»;

- SSRİ Dövlət  Tikinti  Komitəsinin 1980-ci  il  18 dekabr  tarixli  198 №-li     qərarı  ilə  təsdiq  edilmiş  CНиП II-25-80 «Деревянные  конструкции»

- SSRİ Dövlət  Tikinti  Komitəsinin 1985-ci  il  29  avqust  tarixli  135 №-li    qərarı  ilə  təsdiq  edilmiş  CНиП 2.01.07-85 «Нагрузки  и  воздействия»;

- SSRİ Dövlət  Tikinti  Komitəsinin 1984-cü  il  20  avqust  tarixli  136 №-li    qərarı  ilə  təsdiq  edilmiş  CНиП 2.03.01-84* «Бетонные  и  железобетонные  конструкции»;

- SSRİ Dövlət  Tikinti  Komitəsinin 1976-cı  il 31  dekabr  tarixli  226 №-li    qərarı  ilə  təsdiq  edilmiş   CНиП  II-26-76  «Кровли»;

- SSRİ Dövlət  Tikinti  Komitəsinin  1985-ci  il 20  dekabr  tarixli  243 №-li qərarı ilə təsdiq edilmiş CНиП 2.02.03-85  «Свайные  фундаменты»;

- SSRİ Dövlət  Tikinti  Komitəsinin 1983-cü  il 05  dekabr  tarixli  311 №-li qərarı ilə təsdiq edilmiş CНиП 2.02.01-83*  «Основания  зданий  и  сооружений».

 

Kollegiyanın  sədri:                                  Abbas  Ələsgərov