AZ
RU
EN

XƏBƏRLƏR

11-12 dekabr 2018- ci ildə Kiyev şəhərində keçirilən İnşaat konstruksiyaları Elmi- Tədqiqat institutunun (ГП НИИСК) yaradılmasının 75 illiyinə həsr olunmuş təntənəli tədbir və “Ukraynanın inşaat kompleksinin inkişafında elmin rolu “ mövzusunda Ümümukrayna elmi-praktiki konfrans keçirilmişdir. Kiyev Opera və Balet teatrı binasında keçirilən təntənəli iclasda Ukraynanın Baş nazirin müavini, nazirlər və digər rəsmi şəxslər də iştirak etmişlər. Həmçinin, öz təbriklərini institutunun direktoruna-cənab G.Q.Farenyuka çatdırmışlar. Cənab G.Q.Farenyuk başda olmaqla rəhbərlik etdiyi kollektivin bir neçə üzvünü orden və medalla təltif etmişlər .
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları - ümumi işlər üzrə direktor müavini Eminov Y.M. və “Zəlzələyədavamlı bina və qurğular “ laboratoriyasının müdiri Rzayev R.A. də bu tədbirin iştirakçısı olmuşlar. Onlar cənab G.Q.Farenyuka və institutun kollektivə yubiley münasibətilə AzİMETİ-nin direktoru cənab A.N. Qarayev və kollektiv adından salam və təbriklərinin çatdırmışdılar. Onlara işlərində müvəffəqiyyətlər arzulamışlar.
Konfransda iştirak etmiş Eminov Y.M. və Rzayev R.A. öz təəssüratlarını AzİMETİ-nin əməkdaşları ilə bölüşdülər.