AZ
RU
EN

Tədbirlər və Konfranslar

10-14 sentyabr 2018-ci il tarixdə Ukraynanın Odessa şəhərində “Ukrayna rayonlarında  zəlzələyədavamlı tikinti” mövzusunda beynalxalq konfrans keçirilmişdir.

 

Konfransda  Ukrayna, Azərbaycan, Qazaxstan, Özbəkistan, İspaniya,  Gürcüstandan gəlmiş alimlər və mütəxəssislər iştirak etmişdir. Azərbaycanı  bu konfransda  AzİMETİ-nin direktoru canab Qarayev Abdı Nazim oglı təmsil etmişdir və konfrans iştirakcilarını salamlayaraq çıxış etmişdir

 

 

                                                                                                                              

 

 

 

 

 

 

 

 

 

 

 

 

1984-cü  ildə  yaranmış  Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu yaranmasının 30 illik yubileyinə həsr olunmuş “inşaat və memarlıqda elmi-texniki tərəqqi” mövzusunda 16-17 oktyabr 2014-cü il tarixlərdə beynəlxalq elmi-texniki konfrans keçirmişdir.

 

Konfransda  aşağıdakı  elmi  istiqamətlərdə  müzakirələr  keçirilmişdir:

 

  1. 1. Memarlıq və  şəhərsalma.
  2. 2. Zəlzələyədavamlı tikintilər.
  3. 3. İnşaat konstruksiyaları,  bina  və  qurğular.
  4. 4. Geotexnika və  inşaatın  ekologiyası.
  5. 5. İnşaat materialları.
  6. 6. İnşaatın təşkili  və  idarə  olunması.

 

      “İnşaat və memarlıqda elmi-texniki tərəqqi” beynəlxalq konfransın təşkilat  komissiyasının  ünvanına Rusiya, Yaponiya, Ukrayna, Türkiyə, İran, Qazaxstan, Özbəkistan, Gürcüstan kimi dövlətlərin və Azərbaycanın ayrı-ayrı elmi müəssisələrinin alimlərindən daxil olmuş elmi məqalələrin 56-sı konfrans  materialları toplusu  kimi  dərc olunub.

        Konfransın  işində 150-dan çox alim və peşəkar mütəxəssislər, o cümlədən, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və  Qazaxıstandan gəlmiş alimlər iştirak etmişdir.

      İnstitutun direktoru cənab A.N.Qarayev çıxışında 30 il ərzində institut  qarşısında duran məsələləri müvəffəqiyyətlə həll etdiyini, respublikanın  inşaat kompleksinin aparıcı elm ocaqlarından birinə çevrildiyini və hal-hazırda güclü elmi potensiala  malik olduğunu konfrans iştirakçılarının  nəzərinə çatdırdı.

     Konfransda  çıxış  edən  respublikanın  müxtəlif  təşkilatlarının nümayəndələri  30  il  ərzində  instituta  həvalə  etdikləri  işlərin  yüksək  səviyyədə,  peşəkarlıqla  yerinə  yetirildiyini  bildirdilər  və  əminliklə  qeyd  etdilər  ki,  iş  proseslərində  yaranan  problemlərin  AzİMETİ-nin  elmi-texniki  potensialı  tərəfindən  həll  olunacağına  əmindirlər.

        Konfransda  çıxış  edən  həm  xarici,  həm  də azərbaycan  alimləri  memarlıq  və  inşaat  elminin  ən  aktual  problemlərini- Azərbaycanın  memarlıq  abidələri,  zəlzələyədavamlı  tikintilər,  əsaslar,  özüllər  və  geotexnika,  normativ  sənədlər  və  s.  geniş  müzakirə  etmişlər.

        Konfransda  çıxış edən  xarici  qonaqlar: Kiyev  (Ukrayna)  İnşaat  Konstruksiyaları  ETİ-nin  direktoru  cənab  Q.Q.Farenyuk, Qazaxstan  Respublikasının  Almatı  Seysmik  Tədqiqatlar  Mərkəzinin  direktoru  F.M.Şokbarov, Gürcüstan  Respublikası  LTD  “PROQRESİ”nin  direktoru  C.İ.Gigineişvili, Türkiyənin  (İstanbul  ş.) Yıldız  Texniki  Universitetindən  Burak  Toydemir, RF  Arxangelsk  Memarlıq  və  İnşaat  Universitetindən  V.A.Veşnyakov  və  b. Azərbaycanın  bu  günkü  uğurlarında  AzİMETİ-nin  də  payı  olduğunu,  ölkədəki  iqtisadi  inkişafın  institutun  fəaliyyətinə  müsbət  təsirini  vurğuladılar  və  institut  kollektivinə  uğurlar  arzuladılar.

 

 

 

 
 
 
 
 
Kiyev (Ukrayna) İnşaat konstruksiyaları ETİ-nin direktoru Q.Q.Farenyuk
KazİMETİ-də Seysmoloji departamentin (Qazaxıstan) direktoru E.M.Şokbarov
 
LTD “PROGRESİ” Gürcüstan (Tbilisi) J.İ.Gigineişvili .
Yıldız (Türkiyə)Texniki Universiteti B.Toydemir .