AZ
RU
EN

Təcrübə mübadiləsi

20 fevral 2019-cu il tarixdə Özbəkistan Respublikasının Tikinti Nazirliyinin nazir müavini cənab E.İsgəndəovun başçılıq etdiyi nümayəndə heyyəti ilə İnstitutda görüş keçirilişmişdir. Nümayəndəliyin tərkibində Özbəkistanın aparıcı elmi-tədqiqat institutların rəhbərliyi o cümlədən – AO “TochuyjoyLITI”-nın baş direktoru cənab K.K.Xakimov və “Uzşaxarsozlik LITI”-nin baş direktoru Q.Q.Madjidov iştirak etmişdirlər.
Görüşdə elmi-tədqiqat işlərinin aparılması, tikinti sahəsində normaların işlənilməsi və təkmilləşdirilməsi, yüksək çoxmərtəbəli binaların layihələndirilməsi və tikilməsi üçün xüsusi texniki şərtlərin hazırlanması metodları və digər institut fəaliyyətinə aid olan işlər haqqında müzakirələr getmişdir. Gələcəkdə institutlararası əlaqələrin yaradılması və möhkəmləndirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsi aparılmışdır.


 

 

 

 

 

 

 

 

 

 

16 oktyabr 2018-ci il tarixində Moskva şəhərində “Skolkovo” texnoparkda Birinci Ümumrusiya “İntelektual şəhər” adlı fourum-sərgi keçirilmişdir.

Forumun gündəliyində  müzakirə olan əsas məsələlər, şəhərsalmada müasir və intelektual  texnologiyalarin tətbiqidir.

Foruma  Rusiyadan  və xarici dövlətlərdən  alim və mütəxəssislər dəvət olunmuşdur. Bu forumda Azərbaycandan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Qarayev Abdı Nazim oğlu iştirak etmişdir

 

 

 

 


Almaniyanın  Münhen  şəhərində keçirilmiş yeni  inşaat  texnologiyalarına,  avadanlıqlarına  və  materiallarına  həsr  olunmuş  BAU-2015  seminar  və  sərgidə  N.R.Yusifov  və  Almaniyanın  Hanburq  şəhərində  keçirilmiş  KNAUF  şirkətlər  qrupunun  beynəlxalq   görüşündə  N.R.Yusifov  və  F.H.Yüzbaşov  iştirak  etmişlər.

 

     


İnstitutun elmi-yaradıcı heyətı Hollandiyalı mütəxəssislərlə hündür  çoxmərtəbəli  binaların  layihələndirmə  problemlərini  müzakirə edırlər.