AZ
RU
EN

Normativ sənədlər və
texniki şərtlər

                 

İnstitutda inşaat və memarlıq üzrə milli normativ sənədlərin və xüsusi texniki şərtlərin işlənməsi istiqamətində aşağıdakı işlər yerinə yetirilir:

- respublikanın milli tikinti normativ bazasının təkmilləşdirilməsi məqsədilə memarlıq, şəhərsalma və

  tikinti sahəsində texniki-normativ və hüquqi-normativ sənədlərin işlənilməsi;

- hündürlüyü 75m-dən yüksək çox təyinatlı çoxmərtəbəli binaların layihələndirilməsi, tikintisi və

  istismarı üçün xüsusi texniki şərtlərin işlənilməsi;

- planda mürəkkəb quruluşlu həmçinin, mürəkkəb relyefdə layihələndirilən və tikilən binaların texniki

  şərtlərinin işlənməsi;
- seysmikliyi 9 bal və daha çox olan ərazilərdə bina və qurğuların layihələndirilməsi, tikintisi və

  istismarı üçün xüsusi texniki şərtlərin işlənilməsi.

   Müxtəlif qurumların sifarişləri əsasında çoxmərtəbəli hündür binaların layihələndirilməsi və tikintisi üçün elmi cəhətdən əsaslandırılmış xüsusi texniki şərtlər işlənilib və tədbiq olunub, məsələn:
   Dövlət Neft Şirkətinin yüksəkmərtəbəli inzibati binası, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 33 mərtəbəli inzibati binası, Neft Fondunun yeni binası, Nazirlər Kabinetinin əməkdaşları üçün nəzərdə tutulmuş yaşayış kompleksinin binaları, Vergilər Nazirliyinin 36 mərtəbəli yeni inzibati binası, “İnterkontinental” otel binasının (memarlıq və konstruksiya), Bakı ş., Xətai r-nu, Babək pr-ti, Y.Əliyev küç., Nobel pr-ti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllədə və Nobel pr-ti ilə Xəzər dənizi arasında CBD MTK-nın yeni yaşayış binaları və s.

 

          AzİMETİ-də  işlənilmiş  və  təsdiq  olunmuş  normativ  sənədlərin siyahısı

 

s/s

Normativ  sənədlərin  adları

1

AzDTN 1.7-1  “Bina və qurğuların  yükdaşıyan  inşaat  konstruksiyalarının                        müayinəsi  Qaydaları”

2

AzDTN 2.3-1  “Seysmik  rayonlarda  tikinti”

3

AzDTN 2.1-1  “Yüklər və təsirlər”

4

AzDTN  2.15-1“Bina və qurğuların qrunt əsasları”

5

AzDTN  2.15-2 “Svay  bünövrələr”

6

AzDTN 2.16-1 “Beton və  dəmir-beton konstruksiyaları”

7

AzDTN 2.18-1“Polad konstruksiyaları”

8

AzDTN 2.19-1“Ağac konstruksiyaları”

9

AzDTN 2.22-1 “Dam örtükləri” 

10

“Yerli materiallardan istifadə etməklə seysmik rayonlarda tikintinin   aparılması üzrə  tövsiyələr” AzDAŞK-nın  05 №-li qərarı   ilə  30.09.2014-cü  ildə  təsdiq  olunub. 

11

@AzDAŞK K-№0001-2009  “Yaşayiş,  ictimai  və  istehsalat  binaları  üçün  mühafizə  konstruksiyalarının  gipskarton  lövhələrindən  yığma  üzlükləri”.  İşçi  cizgilər  albomu.

12

@AzDAŞK K-№0002-2009  “Yaşayiş,  ictimai  və  istehsalat  binaları  üçün  metal  və  ağac  karkaslı  gipskarton  lövhələrdən  yığılan  arakəsmələr”. İşçi  cizgilər  albomu.

13

@AzDAŞK K-№0003-2009  “Yaşayış,  ictimai  və istehsalat  binaları  üçün ağac  və  metal  karkaslı  gipskarton  və  gipslifli  lövhələrdən  yığılan  asma  tavanlar.”

İşçi  cizgilər  albomu.

14

@AzDAŞK R/Q-№0001-2009  “Gipskarton  lövhələrdən  istifadə  olunmaqla  inşaat  konstruksiyaları.  Layihələndirmə  və  quraşdırma  qaydaları.”

                

           Hal-hazırda   AzİMETİ-də  işlənilən  normativ  sənədlərin  siyahısı     

 

s/s

Normativ  sənədlərin  adları

1

AzDTN ... “Daş və armodaş konstruksiyalar”

2

AzDTN ... “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi”

3

AzDTN ... “Azərbaycanda memarlığın  regional problemləri”

4

AzDTN ... “Ümumtəhsil məktəbləri və məktəb-internatları”

5

AzDTN ... “Armaturlu sement konstruksiyalar”

6

AzDTN ... “Hidrotexniki qurğuların beton və dəmir-beton konstruksiyaları”

7

AzDTN ... “İdarə və təşkilatlar üçün bina və otaqlar”   

8

AzDTN ... “Avtomobil yolları və dəmir yollarının tunelləri” 

9

AzDTN ... “Binaların  istilik  mühafizəsi. Layihələndirmə  normaları”

10

AzDTN ... ”İstehsalat  binaları. Layihələndirmə  normaları”

11

AzDTN ... ”Meliorasiya  sistemləri  və  qurğuları.Layihələndirmə  normaları”