AZ
RU
EN

Nailiyyətlər

  1.            

    İnstitutda     yerinə    yetirilmiş        elmi    işlərin   nəticələrinə        görə  institutun         əməkdaşları

200-dən    çox   müəlliflik   şəhadətnaməsi     almışdır.

  Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri keçmiş SSRİ Xalq Nailiyyətləri və digər   ölkələrin

Sərgi   Mərkəzlərində  dəfələrlə  nümayiş etdirilmişdir,  o cümlədən 7   qızıl, 11 gümüş   və  2  bürünc  

medalla   mükafatlandırılmışdır.

  Elmdə qazandıqları nailiyyətlərin tədbiqinə görə institut əməkdaşları ayrı-ayrı dövlət mükafatlarına layiq görülmüşlər:

     1. “Yüksəkmərtəbəli binalar üçün konstruksiyaların və ehtiyatlara qənaətedici tiknti

           texnologiyalarının işlənməsi”nə görə Respublika Lenin Komsomolu mükafatı   

           laureatı (2  nəfər).                                       

      2. “İstifadə edilmiş xammallardan təbiəti   mühafizə  konstruksiyalarının  işlənməsi”nə  görə    

           Ümumittifaq      Lenin      Komsomolu       mükafatı      laureatı  (1  nəfər).

      3. “Gilli qruntlarda sutəsərrüfatı qurğularının inşasının   səmərəli   üsullarının   işlənməsi”nə 

           görə     SSRİ        Nazirlər       Sovetinin       mükafatı     (1  nəfər).

      4.  Ümumittifaq      Xalq      Nailiyyətləri      Sərgi    Mərkəzinin      laureatları        (5  nəfər).

      5. “Respublikanın         əməkdar      memarı”  fəxri   adına    (2  nəfər).