AZ
RU
EN

Layihə işləri

         

     7, 8 və 9 ballıq seysmik rayonlarda zəlzələyədavamlı bina və qurğuların layihələndirilməsi dünya təcrübəsi nəzərə alınmaqla qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun şəkildə müasir hesablama sistemləri ilə həyata keçirilir.

   İnstitutda 100-lərlə layihə və ekperimental layihə işləri görülmüş və bu layihələr əsasında Bakı şəhərinin və respublikanın müxtəlif regionlarında bina və qurğular tikilərək istifadəyə verilib:
   Gəncə və Naxçıvan şəhərlərindəki Olimpiya İdman Kompleksləri, Sumqayıt şəhərində 50 siniflik eksperimental məktəb binası, Bakı ş., Biləcəri qəsəbəsində 300 yerlik xəstəxana kompleksi, Xudafərin və Qızqalası su elektrik stansiyaları üçün yaşayış kompleksləri, Lökbatan qəsəbəsindəki 5 mərtəbəli yaşayış evləri, respublikada ilk dəfə
16 mərtəbəli monolit dəmir-beton özəkli iri panelli yaşayış binaları, Ağstafa şəhərində 32 mənzilli 4 mərtəbəli yaşayış evi, Bakı ş., Binəqədi qəsəbəsi 960 şagird yerlik 205 saylı məktəb binası, Bakı ş., Neftçilər pr-də yerləşən Əl Oyunları sarayının yükdaşıyan konstruksiyalarının gücləndirmə layihəsi, Bakı ş., İstiqlaliyyət küçəsində yerləşən 132 və 134 saylı məktəb binasının yenidənqurma və gücləndirmə layihələri (konstruksiya hissəsi), Bakı ş., Nizami r-nu, Q.Qarayev pr-ti ilə Rüstəm Rüstəmov küçələrinin kəsişməsində “McDonalds” binasının layihəsi, Bakı ş., F.Əmirov küç., 1 və 2 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binalarının fasadlarının yenidənqurma layihələri (konstruksiya hissəsi), Bakı ş., Yasamal r-nu, İ.Nəbiyev küçəsində mövcud 10 mərtəbəli 2, 2a, 2b və 4 saylı yaşayış binalarının fasadlarının yenidənqurma layihələri, Bakı ş., Nərimanov r-nu, Atatürk pr-ti, 117-119, 121-123, 125-127, 129-131, 133-135, 143-147, 149-155, 157- 161, 37-39, 41-43, 45-47 saylı mövcud 9 mərtəbəli yaşayış binalarının fasadlarının yenidənqurma layihələri.
... və s. layihələr.

 

 

Bakı ş., Nərimanov r-nu, Atatürk pr-ti, 117-119, 121-123, 125-127, 129-131, 133-135, 143-147, 149-155, 157- 161 saylı yaşayış binalarının fasadlarının yenidənqurma layihələri.
 
Bakı ş., Yasamal r-nu, İ.Nəbiyev küçəsində mövcud 10 mərtəbəli 2, 2a, 2b və 4 saylı yaşayış binalarının fasadlarının yenidənqurma layihələri.
 
Bakı ş., F.Əmirov küç., 1 və 2 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binalarının fasadlarının yenidənqurma layihələri (konstruksiya hissəsi).
Bakı ş., Binəqədi qəsəbəsi 960 şagird yerlik 205 saylı məktəb binası.