AZ
RU
EN

Institut haqqinda

 

 

     AZƏRBAYCAN  İNŞAAT və MEMARLIQ  ELMİ-TƏDQİQAT  İNSTİTUTU - AzİMETİ

 

     institutun direktoru Abdı Nazim oğlu Qarayev

 

     (+994 12) 596 37 28, (+994 12) 596 37 60

 

 @     azimeti.baku@azimeti.az

 

 @     azimeti.baku@gmail.com

 

     Füzuli küç. 65, Bakı Az 1014, Azərbaycan

 

 

AzİMETİ  HAQQINDA

 

      Azərbaycan  İnşaat və Memarlıq  Elmi-Tədqiqat  İnstitutu  keçmiş  SSRİ  Nazirlər  Sovetinin 13 iyun 1984-cü il tarixli 1163 №-li sərəncamına və Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1984-cü il tarixli 341 saylı qərarına əsasən Bakı şəhərində yerləşən keçmiş SSRI - nin ayrı-ayrı institutlarının laboratoriya və şöbələrinin (V.A.Kuçerenko adına İnşaat Konstruksiyaları ETİ-nin, Beton və D/Beton ETİ-nin, Tikintinin Təşkili və Mexanikləşdirilməsi ETİ-nin, Tikintidə Əmək Ümumittifaq Elmi-Tədqiqat və Layihə İnstitutunun və Zaqafqaziya Eksperimental Layihələndirmə Elmi-Tədqiqat İnstitutunun) bazaları əsasında yaradılmışdır.

      Hal-hazırda institutun strukturu 12 laboratoriya və şöbələrdən ibarətdir. İnstitutun nəzdində Elmi Şura, inşaat və memarlıq elminin aparıcı ixtisasları üçün kadr hazırlığı üzrə doktorantura fəaliyyət göstərir. İnstitutun təsisçisi olduğu “Azərbaycanda inşaat və memarlıq” dövrü elmi-praktiki jurnalı nəşr olunur.