AZ
RU
EN

Informasiyalar

 

         İnstitutun  təsisçisi  olduğu  “Azərbaycanda  inşaat  və  memarlıq”  elmi-praktiki  dövrü  jurnalında memarlıq  və  inşaat  elminin  aktual  problemlərinə  həsr  olunan  aşağıdakı  istiqamətlərə  uyğun  olaraq  elmi   məqalələr  dərc  olunur: 

  1. 1. Memarlıq və şəhərsalma.
  2. 2. Zəlzələyədavamlı tikintilər.
  3. 3. İnşaat konstruksiyaları, bina və qurğular.
  4. 4. Geotexnika və inşaatın ekologiyası.
  5. 5. İnşaat materialları.
  6. 6. İnşaatın təşkili və idarə olunması.
  7. 7. Tikinti norma və qaydalarının təkmilləşdirilməsi.
  8. 8. Tikinti praktikasında beynəlxalq və respublika  yenilikləri. 

 

 yigincaq

 

 

  "Azərbaycanda  inşaat  və  memarlıq" jurnalının  redaksiya  heyəti  jurnalın  növbəti  sayının nəşrə  hazırlanmasını  müzakirə  edirlər.

 

 

ELMİ  ŞURANIN  FƏALİYYƏTİ

 

      Elmi  Şuranın  fəaliyyətini əsasən, institutun Mövzular Planının, elmi-tədqiqat   işlərinin texniki  tapşırıqlarının və  İşçi Proqramlarının, elmi-texniki  hesabatların,  aparıcı  təşkilat  kimi  dissertasiya  işlərinin  müzakirələri,  institut   əməkdaşlarının  əldə  etdikləri  elmi  yenilikləri  əks  etdirən  elmi  məqalələrin  və  elmi  monoqrafiyaların  təhlili, elmi-praktiki  jurnalın   nəşrə  hazırlanan  növbəti sayının  müzakirəsi və s.  müzakirələr  təşkil  edir.

    Elmi  Şuranın tərkibində 3 elmlər doktoru və 12 fəlsəfə doktoru vardir. 

 

 

               İnstitutun əməkdaşları aşağıdakı elmi konfrans və simpoziumlarda iştirak etmişlər:

 

1. BASF şirkətinin “Müasir inşaatda bina və qurğuların əsaslı təmiri və ücləndirilməsi” elmi-praktiki seminarında N.R.Yusifov iştirak  etmişdir.

2. 18 aprel beynəlxalq  abidələr gününə  həsr  edilmiş  “Memarlıq  irsinin  qorunması  və  istifadəsi  problemləri” respublika  elmi-praktiki  konfransında  N.S.Şirinova,  L.R.Əbdülrəhmanova  və  V.Z.Qasımova  iştirak  etmişlər.

3. Mütəmadi keçirilən akademik Y.M.Sergeyevin xatirəsinə həsr olunmuş mühəndisi geologiya  elmi  üzrə simpoziumda  F.H.Həbibov  iştirak  etmişdir (RF).