AZ
RU
EN

Elm

 

 

       AzİMETİ-nin  Nizamnaməsinə  uyğun  olaraq  fəaliyyətinin  əsas   məqsəd

və   vəzifələri  respublika  tikinti  kompleksinin  inkişafı   və  təklmilləşdirilməsi

üçün  aşağıdakılardan  ibarətdir: 

- memarlıq və inşaat elmi sahəsində elmi tədqiqatların yerinə yetirilməsi;

- müxtəlif tip binalarda quraşdırılmış müasir seysmometrlər vasitəsilə zəlzələ və

  güclü küləklər zamanı binaların özünu aparma tərzinin öyrənilməsi və

  layihələndirmədə tədbiq üçün müşahidələrin aparılması;

- bina və qurğuların istismar müddətində uzunömürlülüyünün, etibarlılığının və təbii

  fəlakətlərə (zəlzələlərə, sürüşmələrə və s. proseslərə) qarşı dayanıqlılığının təmin

  olunması istiqamətində tədqiqatların aparılması;

- binaların və qurğuların, inşaat konstruksiyalarının və tikinti materiallarının tədqiqi;

- bina və qurğuların yeni konstruktiv həllərinin işlənilməsi, hesablama metodlarının

  təkmilləşdirilməsi və metodlardan alınmış nəticələrin təhlili;

- tikilililərin qrunt əsaslarının, bünövrərinin tədqiqi;

- bina və qurğuların mürəkkkəb qrunt şəraitində (sürüşən, şişən və çökən

  qruntlarda) tikilməsi üçün tədqiqatların aparılması və rəylərin verilməsi;

- bina və qurğuların dayanıqlığının artırılması və fəza sərtliyinin təmin olunması üçün 

   gücləndirilmə və bərpa layihələrinin işlənməsi;

- elmi-tədqiqat işlərinin nəticələrinin layihələndirmədə və praktikada tədbiqi üçün

  metodiki  göstərişlərin, vəsaitlərin və  s. işlənməsi.
 

      AzİMETİ-də 30 il ərzində 1000-lərlə elmi-tədqiqat və mühəndisi araşdırma işləri

 yerinə yetirilmişdir. Yerinə yetirilmiş işlərdən alınmış nəticələr layihələndirmə və

 praktikada tədbiq olunmuşdur. İstər istismar müddətində, istərsə də təbii fəlakətlər

 nəticəsində deformasiyalara məruz qalmış bina və qurğuların gücləndirilməsində,

 bərpasında və rekonstruksiyasında tədbiq olunmuş nəticələr ölkənin tarixi və müasir

 tikililərinin təhlükəsiz  istismarına imkan yaratmışdır.