AZ
RU
EN

Bina və qurğuların diaqnostikası

      

   AzİMETİ-də bina və qurğuların zəlzələyədavamlılığı, zədələnmiş və  deformasiyaya uğramış, qəzalı bina və qurğuların konstruksiyalarının  mühəndisi müayinəsi, gücləndirilməsi, bərpası və onların bünövr   ələrinin, qrunt  əsaslarının möhkəmləndirilməsi istiqamətində aşağıdakı işlər yerinə yetirilir:

- istismarda olan bina və qurğuların zəlzələyədavamlılığının qüvvədə  olan tikinti normalarına

  uyğun qiymətləndirilməsi;

- qəza vəziyyətində olan və ya rekonstruksiyası tələb olunan binaların mühəndisi müayinəsi,  onların 

  bərpası  və  gücləndirilməsi  üçün  təkliflərin  və layihələrin işlənməsi;

- memarlıq və tarixi abidələrin müayinəsi, mühafizəsi, bərpası və gücləndirilməsi üçün təkliflərin

  işlənilməsi;

- bina və qurğuların inşaat konstruksiyalarının texniki vəziyyətlərinin qiymətləndirilməsi, onların

  gücləndirilməsi  və  bərpası  üçün tövsiyələrin və layihələrin  işlənməsi;

- deformasiyaya uğramış bina və qurğuların bünövrələrinin və qrunt əsaslarının müayinəsi və onların

  gücləndirilməsi üçün mühəndisi tədbirlərin və layihələrin işlənməsi;

- binaların yükdaşıyan konstruksiyalarının materiallarının fiziki-mexaniki xassələrinin təyin

  edilməsi və  yükdaşıma qabiliyyətinin qiymətləndirilməsi;

- tikilməkdə olan binaların konstruksiyalarını təşkil edən materialların (beton, armatur) keyfiyyətinə

  nəzarət.

   AzİMETİ-də yarandığı gündən hal-hazıra qədər bu istiqamətlərdə minlərlə tədqiqat və müayinə işləri aparılmış və onların nəticələri tədbiq olunmuşdur:

    Konstruksiyaları deformasiyaya uğramış, qəza vəziyyətinə düşmüş bina və qurğuların mühəndisi müayinəsi, yenidən qurulması, bərpa və gücləndirilməsi istiqamətində Bakı şəhərinin memarlıq inciləri və unikal binaları olan Azərbaycan Dövlət Filarmoniyasının, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Nazirlər Kabinetinin, Şəhriyar adına Mədəniyyət Mərkəzinin, Rus Dram Teatrının, Kukla Teatrının, R.Mustafayev adına İncəsənət Muzeyinin, Nizami, Araz, Azərbaycan kinoteatr binalarının və respublikanın ayrı-ayrı yaşayış məntəqələrində 100-lərlə müxtəlif təyinatlı (yaşayış, ictimai və sənaye) binaların mühəndisi müayinəsi aparılmış və onların gücləndirilməsinə dair işlənmiş mühəndisi təkliflər tətbiq olunub.

  Bakı şəhərinin Bayıl, Əhmədli yamaclarının sürüşmə əraziləri və s. sürüşən zonalar, respublikanın ayrı-ayrı ərazilərindəki sürüşmə zonaları tədqiq olunmuş, təhlükəsizliyinin təmin olunması üçün mühəndisi təkliflər verilmiş və tövsiyələr işlənilmişdir.